Çoxşaxəlilik hər bir ölkənin səsinin olduğu ümumdünya sahəsidir - Mariya Fernanda Espinoza
18:29 SiyasətÇoxşaxəlilik - hər bir ölkənin səsinin olduğu yeganə ümumdünya sahəsidir.
Olaylar.az xəbər verir ki, bunu BMT Baş Assambleyasının 73-cü sessiyasının prezidenti Mariya Fernanda Espinoza XIII Qlobal Bakı Forumunda "Dünyada keçid dövründə fikir ayrılıqlarının aradan qaldırılması" mövzusunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu gün çoxşaxəlilik heç vaxt olmadığı qədər vacibdir. Bu, hər bir ölkənin yerinin və səsinin olduğu yeganə ümumdünya sahəsidir.
"Çoxşaxəliliyin böhranı yalnız institutların böhranı deyil, artıq çoxdan danışdığımız mövzulardan biridir. Bu, ilk növbədə, siyasi iradə və liderlik böhranıdır. Buna görə də yalnız qaydalara ehtiyacımız yoxdur -bizə həmin qaydaları istifadə etməyə, onları müdafiə etməyə və onlarla nəticə əldə etməyə hazır liderlər lazımdır", - deyə o qeyd edib.
Mariya Fernanda Espinoza vurğulayıb ki, çağırışlar qlobal xarakter daşıyır, amma onların idarə olunması sistemi hələ də parçalayıcı və zəifdir.
"Biz tez-tez strukturları, şuraları, mandatları, səsvermə prosedurlarını müzakirə etməyə çox vaxt sərf edirik. Lakin strukturlar özü məqsəd deyil. Təxminən səksən il əvvəl Birləşmiş Millətlər Təşkilatı yaradılarkən, onun əsasını chr("39")bir daha heç vaxtchr("39") ideyası və müharibədən sonrakı bərpa məqsədi təşkil edirdi", - o bildirib.
Mariya Fernanda Espinoza əlavə edib ki, bu gün çoxqütblü dünyada, dərin qarşılıqlı asılılıq şəraitində əsas vəzifə - iqlim dəyişiklikləri, borc böhranları, bərabərsizlik, texnoloji transformasiyalar və münaqişələrin nəticələrini idarə etməyi öyrənməkdir.
"Əgər biz institutlarımızın hansı ümumi tapşırığı yerinə yetirməli olduğunu razılaşdırmasaq, hər hansı islahat yalnız kosmetik olacaq. Və o zaman biz yenidən- yenə arxitekturanı quracağıq, amma missiyanı yerinə yetirməyəcəyik", - deyə o qeyd edib.