Azərbaycan–Aİ münasibətlərinin əsas sütunlarından biri enerji əməkdaşlığıdır- ÖZƏL

"Bakı  beynəlxalq tədbirlərə ev sahibliyi edən, sabitliyi və strateji baxışı ilə seçilən dövlət kimi artıq qlobal diplomatiyanın mühüm platformalarından birinə çevrilib. Azərbaycanın paytaxtı təkcə regional deyil, həm də Avrasiya miqyasında dialoq, əməkdaşlıq və təhlükəsizlik məsələlərinin müzakirə olunduğu əsas mərkəzlərdən biri kimi tanınır. Bu reallığın arxasında isə uzaqgörən siyasi kurs, balanslı xarici siyasət və ölkəni qlobal tərəfdaşlıqların vacib iştirakçısına çevirən dövlət başçısının ardıcıl düzgün strategiyası dayanır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: "Məhz bu kontekstdə 2026-cı il martın 11-də Azərbaycanın Prezidenti İlham Əliyev ilə Antonio Koşta arasında keçirilən görüş və verilən bəyanatlar Avropa İttifaqı Şurası ilə Azərbaycan münasibətlərinin yeni mərhələyə daxil olduğunu göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər.
Prezident İlham Əliyevin bəyanatında qeyd olunduğu kimi, Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr hazırda müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindədir. Son illər ərzində Avropa Komissiyası rəsmilərinin Azərbaycana intensiv səfərləri, yüksək səviyyəli dialoqun davamlılığı və yeni iqtisadi təşəbbüslər tərəflər arasında strateji əməkdaşlığın genişlənməsindən xəbər verir.
İqtisadi göstəricilər də bu dinamikanı aydın şəkildə təsdiqləyir. Prezidentin qeyd etdiyi kimi, 2026-cı ilin yanvar ayında Azərbaycanın ümumi ticarət dövriyyəsinin təxminən 50 faizi Avropa İttifaqının payına düşüb. Bu fakt Avropa İttifaqının Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olduğunu bir daha göstərir.
Eyni zamanda, əməkdaşlıq artıq yalnız ticarət müstəvisində deyil. Qarşılıqlı investisiyalar, sənaye layihələri və yeni maliyyə imkanları tərəfdaşlığın iqtisadi əsaslarını daha da gücləndirir. Azərbaycan artıq təkcə investisiya cəlb edən ölkə deyil, həm də Avropada aktiv sərmayə yatıran dövlət kimi çıxış edir.
Azərbaycan-Aİ münasibətlərinin əsas sütunlarından biri enerji əməkdaşlığıdır. Xüsusilə 2022-ci ildə Azərbaycan və Avropa Komissiyası arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq sənədi bu əlaqələri daha sistemli və uzunmüddətli xarakterə gətirib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31