Gənclərimiz həm də milli və mənəvi dəyərlərlə silahlanmalıdır- ÖZƏL
10:59 Siyasət"Bu gün cəmiyyətimizin qarşısında duran ən önəmli məsələlərdən biri maarifləndirmə işidir. Xüsusilə gənclərin təhsil imkanları, dövlət proqramları və onlara təqdim olunan fürsətlər barədə məlumatlandırılması böyük əhəmiyyət kəsb edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Dövlətimiz təhsil sahəsinə böyük diqqət və qayğı göstərir. Biz bunu müxtəlif istiqamətlərdə açıq şəkildə görürük. Son illərdə cənab Prezident İlham Əliyevin tapşırıqları əsasında yeni ali təhsil müəssisələrinin yaradılması, mövcud infrastrukturun yenilənməsi və təhsilin keyfiyyətinin artırılması istiqamətində mühüm addımlar atılıb.
Gənclərimiz yalnız biliklə deyil, eyni zamanda milli və mənəvi dəyərlərlə də silahlanmalıdır. Bu baxımdan, təhsildə həm qlobal təcrübənin, həm də milli ənənələrin inteqrasiyası onların gələcəkdə cəmiyyətə faydalı vətəndaş kimi yetişməsini təmin edəcək.
Maarifləndirmə və təhsil təşəbbüsləri gənclərin innovativ ideyalarını, sahibkarlıq bacarıqlarını inkişaf etdirməyə, onların yaradıcı potensialını reallaşdırmağa da imkan yaradır. Dövlət tərəfindən təqdim olunan proqramlar və layihələr gənclərin öz güclərinə inamını artırır və onları müasir dünyada rəqabətə hazırlayır. Gənclərin maarifləndirilməsi yalnız onların fərdi inkişafını təmin etmir, həm də ölkəmizin sosial-iqtisadi tərəqqisinə böyük töhfə verir".