Avropa İttifaqı Şurasının Prezidenti: Azərbaycan Avropa İttifaqı üçün çox mühüm tərəfdaşdır
17:43 SiyasətAzərbaycan Respublikası Avropa İttifaqı üçün çox mühüm tərəfdaşdır.
Bu sözləri Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında deyib.
"Son bir il ərzində biz əlaqələrimizi daha da canlandırdıq və bugünkü görüşümüz də bunun bariz nümunəsidir", - deyə Avropa İttifaqı Şurasının Prezidenti bildirib.
O, Avropa İttifaqının bundan sonra da təhlükəsizlik, enerji, rəqəmsallaşma və nəqliyyat sahələrində əməkdaşlığı irəli aparmaq niyyətində olduğunu vurğulayıb./AZƏRTAC
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31