Nikol Paşinyan: "Qarabağ erməniləri Ermənistanda həmişəlik məskunlaşmalıdırlar" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan martın 11-də Strasburqda, Avropa Parlamentində çıxışı zamanı Qarabağdan köçən ermənilərin gələcək taleyi və hökumətin bu istiqamətdəki strategiyasını açıqlayıb.

"Hisslərdən istifadəyə yol verməməliyik"

Paşinyan qeyd edib ki, əsas vəzifələrdən biri köçkün düşmüş şəxslərin emosiyaları ilə manipulyasiya edilməsinin qarşısını almaqdır: "Bizim mühüm vəzifələrimizdən biri qaçqın düşmüş qarabağlı bacı və qardaşlarımızın hisslərindən istifadə edilməsinə və onlara saxta ümidlər verilməsinə imkan verməməkdir."

Baş nazir hökumətin bu məsələ ilə bağlı planının kifayət qədər konkret olduğunu vurğulayıb: Köçkünlərin Ermənistan Respublikasının vətəndaşlığını alması prioritetdir. Onların Ermənistanda birdəfəlik məskunlaşması nəzərdə tutulur. Artıq məskunlaşma proqramı çərçivəsində 4886 ailə yardım proqramlarının benefisiarına çevrilib.

Nikol Paşinyan çıxışının sonunda qeyd edib ki, bu humanitar və strateji vəzifənin icrası regionda sülhün möhkəmlənməsinə xidmət edir. O, bu hədəflərə çatmaq üçün beynəlxalq tərəfdaşlardan maksimum dəstək gözlədiklərini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31