Nikol Paşinyan: "Təhlükəsizliyin ən böyük qarantı sülhdür" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan martın 11-də Strasburqda Avropa Parlamentinin sədri Roberta Metsola ilə keçirdiyi birgə brifinqdə ölkəsinin təhlükəsizlik konsepsiyası və Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq barədə mühüm bəyanatlar verib.

Aİ ilə təhlükəsizlik sahəsindəki əməkdaşlığa toxunan Paşinyan, Ermənistanın Fransa kimi Avropa ölkələri ilə bu istiqamətdə sıx işlədiyini vurğulayıb. O, həmçinin Aİ-nin Sülh Fondu vasitəsilə Ermənistana iki dəfə dəstək göstərildiyini xatırladıb.
Baş nazir qeyd edib ki, Azərbaycanla əldə olunmuş sülh kontekstində infrastruktur layihələri və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaranıb.

Paşinyan təhlükəsizliyin yalnız silah və ordu ilə məhdudlaşmadığını bildirərək, ölkəsinin bu məsələyə baxış bucağının dəyişdiyini vurğulayıb: "30 ildən artıqdır ki, biz təhlükəsizliyi yalnız ordu və xüsusi xidmət orqanları kimi qəbul etmişik. Lakin mənim üçün aydındır ki, təhlükəsizliyin ən vacib qarantı sülhdür. İkinci dərəcəli amillər isə qarşılıqlı iqtisadi maraqlar və regional bağlılıqdır."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31