Tayvan gəmi əleyhinə raket arsenalını genişləndirir- ÖZƏL
11:23 SiyasətTayvan ərazisinin sahəsinə görə dünyada ən yüksək gəmi əleyhinə raket yerləşdirmə göstəricisinə nail olmağı planlaşdırır. Olaylar.az xəbər verir ki, bu barədə Taipei Times qəzeti adanın müdafiə qurumundakı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Taypey ilin sonuna qədər HF-2 ("Syunfen-2") və HF-3 ("Syunfen-3") tipli 1000 ədəd gəmi əleyhinə raketin istehsalını başa çatdırmağı planlaşdırır. Bu raketlərin hazırlanması və istehsalı ilə məşğul olan Çjunşan Elm və Texnologiya İnstitutu istehsal planını qrafikdən daha sürətli yerinə yetirir.
Bundan əlavə, Tayvan 2028-ci ilə qədər ABŞ-dan 400 ədəd Harpoon gəmi əleyhinə raketi əldə etməyi nəzərdə tutur. Bu plan reallaşarsa, adanın gəmi əleyhinə raket arsenalı ümumilikdə 1400 ədədə çatacaq.
Mənbənin sözlərinə görə, bu halda Tayvan ərazi sahəsinə nisbətdə dünyada ən yüksək sıxlıqda gəmi əleyhinə raket yerləşdirilən bölgəyə çevrilə bilər.