Oğul Xameneinin dini lider seçməsi ABŞ planının qarşısını aldı- ÖZƏL

"İsrailin Baş naziri B. Netanyahu çıxış edərək bildirib ki, xalq özü İranda rejimi devirməlidir. B. Netanyahu bununla etiraf edir ki, ABŞ və İsrail İranda rejimi dəyişmək gücündə deyil. Davam edən hərbi əməliyyatlar yalnız İranın hərbi infrastrukturunu sıradan çıxarmağa hesablanıb". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə Partiyası Başqanın müavini Məhəmməd Əsədullazadə deyib: "Qeyd edim ki, Ali dini lider Ə. Xameneinin İsrail tərəfindən öldürülməsi məhz xalqın ayağa qalxması və rejimin süqut edilməsinə hesablanmışdi. ABŞ-İsrail ilkin olaraq əsas  məqsədlərinə çatmayıb. Xüsusilə, rejimin dəyişməsi baş tutmur və növbəti mərhələdə gözlənilmir. 
D. Tramp sistem daxilində yeni liderin ortaya çıxmasını və Venesuela ssenarisini tətbiq etməkdə maraqlıdır. Amma, nə qədər SEPAH var müqavimət davam edəcək və Venesuela ssenarisinin tətbiq edilməsi baş tutmayacaq. D. Tramp əsasən prezident M. Pezeşkian və onun hökuməti ilə işləməyə hazırdır.
SEPAH oğul M. Xameneinin dini lider seçməsi bu planın qarşısını aldı. ABŞ əsas hədəfi İranın hərbi və mülki infrastrukturunu sıradan çıxarıb, özünü qalib elan etmiş olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31