Tehrandan Brüsselə sərt mesaj: İkiüzlü olmağı dayandırın

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Avropa Komissiyasının prezidenti  Ursula fonder Leyenə sərt cavab verib.

Milli.Az bu barədə xarici mediaya istinadən xəbər verir.

Bəqayi paylaşımında Avropa Komissiyasının rəhbərini ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarına münasibətdə "ikiüzlü mövqe tutmaqda" ittiham edib. Onun sözlərinə görə, Avropa İttifaqı rəhbərliyi bölgədə baş verən proseslərə obyektiv yanaşmır və bəzi hücumlara haqq qazandırmağa çalışır.

"Minabda 165-dən çox azyaşlı iranlı uşaq qətlə yetiriləndə harada idiniz? Xəstəxanalar, tarixi yerlər, neft infrastrukturu, yaşayış məntəqələri qəddar hücumların hədəfinə çevrilərkən niyə susursunuz? Qanunsuzluq və cinayət qarşısında susqunluq sadəcə ortaqlıqdan başqa bir şey deyil", - deyə Bəqayi vurğulayıb.

Sözçü yazısının sonunda əlavə edib: "Paylaşımınızın altındakı şərhlərə baxın və insanların cinayətkarları haqlı çıxarmağınız barədə həqiqətən nə düşündüklərini görün". (Crossmedia.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31