Çətin zamanda uzanan əl-qonşuluq siyasətinin növbəti nümunəsi- ÖZƏL

İlham Əliyev və Məsud Pezeşkian arasında martın 8-də keçirilən telefon danışığından sonra Azərbaycan İrana ərzaq və tibbi ləvazimatlardan ibarət humanitar yardım göndərib.
Azərbaycanın İrana göndərdiyi bu humanitar yardım iki ölkə arasında münasibətlərin möhkəmlənməsi və regional diplomatiyada əməkdaşlıq baxımından necə qiymətləndirilə bilər və bu cür təşəbbüslər Azərbaycanın həm siyasi, həm də humanitar imicinə hansı töhfələri verir?
Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib: 
" Azərbaycan ümumiyyətlə bütün qonşularla sülh, sabitlik şəraitində normal münasibətlərdə maraqlıdır. İranla da hər zaman qonşu dövlət olaraq yaxşı münasibətlərə çalışılıb. Müxtəlif zamanlarda İran tərəfindən Azərbaycana qarşı arzuedilməz addımlar atılsa da, Azərbaycan hər zaman təmkinli və müdrik davranıb, qonşuluq münasibətlərinə xələl gəlməsini istəməyib. Müxtəlif vaxtlarda yardım əlini uzadıb. İrana qarşı hazırda davam edən müharibənin baş verməməsi üçün beynəlxalq səviyyədə səylər göstərib. İranda yaşayan çoxmilyonlu soydaşımızın həyatı, təhlükəsizliyi hər zaman Azərbaycanın diqqətində olub. Azərbaycan oradakı soydaşlarımız üçün ümid yeri olub. Bu günlərdə Azərbaycanın İran xalqına humanitar yardım göstərməsi bir daha dövlətin öz sabitqədəm siyasətinə sadiq qalmasının bir daha bariz nümunəsidir. İran tərəfi Azərbaycanın bu cür humanist addımlarını qiymətləndirməlidir. Hazırda elə bir vəziyyətdir ki, bir çox ölkələr mümkün qədər İrandan uzaq durmağa çalışır. Belə bir dövrdə bu yardımın həm siyasi həm də humanitar yöndən böyük rolu və əhəmiyyəti var. Normal münasibətlərin davamlı olması və qonşuluq haqlarının qoruması sarıdan da bu addım doğru addımdır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31