İraq neytrallığını elan etdi: "Ölkəmiz poliqona çevrilməsin" – ÖZƏL
14:46 Siyasətİraqın Baş naziri Məhəmməd Şia əl-Sudani ABŞ Dövlət katibi Marko Rubio ilə telefon danışığı zamanı Bağdadın Yaxın Şərqdəki müharibədə tərəf olmayacağını bildirib.
Olaylar.az xəbər verir ki, AFP-nin məlumatına görə, əl-Sudani İraqın hava məkanı, ərazisi və sularının qonşu dövlətlərə qarşı hərbi məqsədlərlə istifadəsinə icazə verməyəcəyini vurğulayıb. O, ölkəsinin davam edən münaqişələrə sürüklənməsi cəhdlərini qətiyyətlə rədd edib.
Öz növbəsində Marko Rubio İranın və ona bağlı qruplaşmaların İraqdakı, o cümlədən Kürdüstan bölgəsindəki hücumlarını pisləyib. ABŞ rəsmisi İraq hökumətini Amerikanın diplomatik personalını və obyektlərini qorumaq üçün bütün lazımi tədbirləri görməyə çağırıb.
Xatırladaq ki, 28 fevralda ABŞ və İsrailin İrana endirdiyi zərbələrdən sonra İraqın hava məkanı tərəflərin raket və qırıcıları üçün tranzit zonasına çevrilmişdi.