G7 ölkələri neft bazarını xilas etmək üçün təcili toplanır: Strateji rezervlər açılır – ÖZƏL

"Böyük Yeddilik" (G7) ölkələrinin maliyyə nazirləri yaxın günlərdə Beynəlxalq Enerji Agentliyi (BEA) ilə birlikdə strateji neft ehtiyatlarının bazara çıxarılmasını müzakirə edəcək.

Olaylar.az xəbər verir ki, "Financial Times"ın verdiyi məlumata görə, bu addım İran ətrafındakı müharibə və Hörmüz boğazındakı tədarük kəsintiləri səbəbindən "Brent" markalı neftin qiymətinin 120 dollara yaxınlaşması ilə bağlıdır.

BEA-ya üzv ölkələrin sahib olduğu 1,2 milyard barrel rezervin təxminən 25-30%-nin (300-400 milyon barrel) bazara çıxarılması nəzərdə tutulur. Qlobal inflyasiya təzyiqini azaltmaq və dünya iqtisadiyyatını enerji böhranından qorumaq. ABŞ daxil olmaqla, G7-nin üç ölkəsi artıq bu təşəbbüsü dəstəkləyib.

Maliyyə nazirlərinin BEA rəhbəri Fatih Birol ilə keçirəcəyi bu görüşdən sonra energetika nazirlərinin toplantısı gözlənilir. Əgər qərar təsdiqlənsə, bu, 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi zamanı atılan addımlardan bəri ən böyük birgə müdaxilə olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31