Nazirlər Kabineti martın 13-də Milli Məclisdə hesabat verəcək

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb.Növbəti plenar iclas martın 13-də keçiriləcək.İclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirə ediləcək.Qeyd edək ki, "Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Konstitusiya Qanununa əsasən, Nazirlər Kabineti hər il martın 31-dək Milli Məclisin yaz sessiyasında Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31