TƏCİLİ! Ərdoğandan İrana XƏBƏRDARLIQ
9 Mart 22:17 SiyasətTürkiyə Prezidenti Recep Tayyip Erdoğan İranın regionda həyata keçirdiyi raket zərbələri ilə bağlı açıqlama verib.
Musavat.com xəbər verir ki, Türkiyə lideri bu hücumları "son dərəcə yanlış və təxribat xarakterli addımlar" adlandıraraq Ankaranın hadisələrdən əvvəl də tərəflərə xəbərdarlıq etdiyini bildirib.
"Bizim səmimi xəbərdarlıqlarımıza baxmayaraq, Türkiyənin digər tərəflərlə dostluq münasibətlərini təhlükə altına qoyan son dərəcə yanlış və provokativ addımlar davam edir", - deyə Ərdoğan vurğulayıb.
Türkiyə Prezidenti əlavə edib ki, heç kim minillik qonşuluq və qardaşlıq münasibətlərini kölgə altına sala biləcək addımlar atmamalıdır.
"Belə addımlar xalqımızın qəlbində və yaddaşında dərin yaralar aça bilər", - deyə o bildirib.
Ərdoğanın sözlərinə görə, Ankara regionda müharibə alovunun daha da yayılmasının qarşısını almaq və yeni qan tökülməsini dayandırmaq üçün ciddi diplomatik səylər göstərir.