Əliyev onları “şərəfsiz” adlandırarkən bunu nəzərdə tuturdu – Türk yazardan sərt reaksiya
12:25 SiyasətAzərbaycan prezidenti İranın hücumu ilə bağlı "Mən səfirliyinizi ziyarət edən və başsağlığı verən ilk lider idim, bunu görməzdən gəlib, ölkəmə necə belə şərəfsizcə hücum edərsiz?" - deyib. Səhv deyib? Əliyev yalnız bunu etdi? O, həmçinin, sarayda İranda vəfat edən dini lider Xomeyniyə başsağlığı üçün yer də ayırdı.
Başqa hansı ölkə İran üçün bunu etdi? Bütün bunlara baxmayaraq, onun ölkəsinə hücum edildi və o, bu reaksiyanı verdi. Niyə "şərəfsiz" sözünə sanki sizə ünvanlanmış kimi reaksiya verirsiniz?
Bundan əlavə, tarixdə İranın türklərə qarşı şərəfsizliyini saysaq, ən azından Ermənistana verdiyi dəstək kifayət edir. Əgər Azərbaycan prezidentinin üslübunda bir səhv varsa, bunun sizə nə dəxli var? "Nə oldu, Paşinyan?" ifadəsindən bəri Azərbaycan xalqı onu daha çox sevir.
Bəs bu sərt reaksiyaya cavab olaraq nə baş verdi? İran üzr istədi. Beləliklə, mesaj çatdı. Həm üzr istədi, həm də Bakıda terror aktı törətməyə cəhd etdi. Budur farsın oyunu. Prezident Əliyev onları "şərəfsiz" adlandırarkən bunu nəzərdə tuturdu. Azərbaycan kəşfiyyatı hücumun qarşısını aldı və qabaqlayıcı tədbirlər davam etdiriləcək.
İran kimdən və niyə üzr istədi? Türkiyəyə və Azərbaycana mesaj göndərdikdən sonra...
-İran Arazı bölüb Azərbaycan ərazisini işğal etdiyinə görə dəfələrlə üzr istəməli idi.
-İran ABŞ İraq və Əfqanıstanı işğal edərkən onu dəstəklədiyinə görə üzr istəməli idi.
-İran Ermənistanı qardaş hesab etdiyinə və onlara hər cür dəstək verdiyinə görə üzr istəməli idi...
-İran Suriyanın düşdüyü vəziyyətə görə məsuliyyət daşıdığı üçün üzr istəməli idi...
-İran bizə deyil, ABŞ və Böyük Britaniyaya investisiyaları yatırdığına görə üzr istəməli idi...
Baxın, İran kiminlə dostluq qurubsa, həmin ölkə hazırda onu işğal edir... Baxın, İran kimi dost adlandırırsa, həmin ölkə onu tək qoydu. İran hazırda şərəfini xilas etməyə çalışır. Ona görə də tarix boyunca kimə qarşı necə düşmənçilik etdiyini bir daha düşünməlidir... Həqiqətən də şərəf önəmli anlayışdır. Əgər illərdir zərbələr aldığınız qonşunuzun çətin günündə dərdinə şərik olursunuz, ancaq bunun müqabilində yenə eyni pisliyi görürsüzsə, "şərəfsiz" sözü istər-istəməz ağlınıza gələcək. Bunun üçün bəzən hətta yüksək vəzifə tutmağınız belə vacib deyil. Əliyev öz millətinə qarşı edilən hərəkətə özünə edilmiş kimi reaksiya verib. Bunda nə var? Bunu onun dəliqanlılığı ilə əlaqələndirək deyərdim, amma sonrakı üzr istəmə diplomatiyada bu cür jestin nə qədər vacib olduğunu göstərir.
Lazımsız şüarlara ehtiyac yoxdur. Hər iki ölkəmiz də nə etdiyini bilir və bir-biri ilə koordinasiyalı şəkildə hərəkət etdikləri də aydındır. Lazımsız sosial media cəfəngiyatlarını gündəmə gətirmədən hər iki dövlətin siyasi iradəsini dəstəkləmək milli mövqedir. Biz "Bir millətin iki diasporu ola bilməz" anlayışı ilə bu mövqeyi qorumağa çalışan yazarlar olaraq, yazdıqlarımızın arxasında möhkəm dayanırıq. Nə mutlu türk qala bilənə.
Müəllif: Dünya Türkiyat Dərnəyinin sədr müavini, jurnalist və yazar Selçuk Düzgün
Tərcümə etdi: Gülnar Səlimova
Globalinfo.az