Pakistan Senatının sədri Seyid Yusuf Rza Gilani  Sahibə Qafarovaya telefonla zəng edib

Pakistan İslam Respublikası Senatının sədri Seyid Yusuf Rza Gilani Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya telefonla zəng edib. 
Telefon danışığı zamanı regionda cərəyan edən proseslər müzakirə edilib. Seyid Yusuf Rza Gilani İran İslam Respublikasının Azərbaycana qarşı dron hücumlarından narahatlığını ifadə edib və bu hücumları qınadığını bildirib. O, Pakistan dövlətinin hər zaman Azərbaycanın yanında olduğunu söyləyib.
Milli Məclisin sədri Sahibə Qafarova göstərilən dəstəyə və həmrəyliyə görə minnətdarlığını bildirib.
Telefon danışığı zamanı, həmçinin dünyada mövcud gərgin proseslər fonunda parlamentlər arasında əməkdaşlığın daha da dərinləşdirilməsi ilə bağlı da fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31