Naxçıvan məktəblisindən Təbrizə, Zəncana təsirli sözlər - “Mənim səsim olun!”

 
  •  
  •  
  •  

İranın pilotsuz uçuş aparatlarının hədəfinə çevrilmiş Naxçıvanın Babək rayonunun Şəkərabad kənd orta məktəbinin 11-ci sinif şagirdi Fidan Babayevanın sosial media paylaşımı gündəm olub.

Musavat.com xəbər verir ki, Naxçıvan məktəblisi Quzeyli, Güneyli Azərbaycana, dünyada uşaqların ölümünə qarşı olan bütün insanlara üz tutaraq, İran tərəfindən törədilmiş bu cinayətə susmamağa çağırış edib. 

"Biz - günahsız insanlar sizə neyləmişik, niyə hərbi hədəfiniz olmuşuq?", - sualını verən məktəblinin "Mənim səsim olun!" çağırışı geniş rezonans yaradıb.

Azərbaycan QHT-ləri, ictimai fəallar bu videonu paylaşaraq, sosial mediada "Mənim səsim olun!" (#BeMyVoice) adlı kampaniyaya başlayıb və Azərbaycanın haqq səsini ucaldıblar. Azərbaycan QHT-ləri İrandan üzrxahlıq və cinayəti törədənlərin cəzalandırılmasını tələb ediblər.

 
 
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31