Azərbaycanda Silahlı Qüvvələrə tapşırıqlar verilib - Nazir AÇIQLADI

Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları ilə bağlı bütün tapşırıqlar Prezident tərəfindən verilib, diplomatik addımlar atılıb.

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, həm nota verilib, həm telefon danışıqları aparılıb: "Eyni zamanda, təhlükəsizlik tədbirləri Prezidentin nəzarəti altında ən yüksək səviyyədədir. Hərbi qüvvələrin hazırlıq səviyyəsi daha da yüksəldilir. Bütün müvafiq tapşırıqlar da verilib".

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb. Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31