“İctimai Palata ziyalı yığnağına və qeyri-siyasi qüvvəyə çevrilib”
Hikmət Hacızadə: “Milli Şuranın yaranması müəyyən mənada İctimai Palatanın sıradan çıxmasına səbəb oldu”
12 Noyabr 2013 14:04 SiyasətPolitoloq, Müsavat Partiyasının "Divan" üzvü Hikmət Hacızadə İctimai Palatanın buraxılması barədə yayılan məlumatlara münasibət bildirərkən qeyd edib ki, əvvəlki aylarla müqayisədə qurumun fəaliyyətində passivlik hiss olunur. H.Hacızadə hesab edir ki, İP-ə siyasətlə məşğul olmaq istəməyən ziyalılar yığılıb və onlar həm də birliyin vətəndaş aktivliyini də onlar həyata keçirirlər. Politoloq bildirdi ki, bu səbəblərə görə İctimai Palata siyasi proseslərdən kənarda qalıb: "İctimai Palatanın qalıb, ya buraxılmasının heç bir mənası yoxdur. Çünki heç bir aktiv siyasətlə məşğul deyil. Qalsa da olar, qalmasa da. Düzdür İP müxalifətin bəzi problemlərilə məşğul olsa daha yaxşı olardı. Lakin bu gün bu hiss olunmur, artıq İctimai Palata artıq qeyri-siyasi qüvvə rolunu oynayır". H.Hacızadə hesab edir ki, İP-in aktiv üzvləri Milli Şuraya qaçdıqları üçün qurumun təsir mexanizmi zəifləyib. Politoloq qeyd etdi ki, Milli Şuranın yaranması müəyyən mənada İctimai Palatanın sıradan çıxmasına səbəb oldu. Qurum yorulduğu üçün də baş verən hadisələrə passiv möqedən yanaşır. "Qeyri-siyasi qurum, ziyalılar toplumu kimi İctimai Palata qala bilər. Lakin bunun o qədər əhəmiyyətli olacağını düşünmürəm" - politoloq deyib. ("OLAYLAR" İA)