Prezident İlham Əliyev Türkiyənin "Dövlət nişanı" ilə təltif olunub
12 Noyabr 2013 13:26 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev türkiyəli həmkarı Abdullah Gül tərəfindən Türkiyənin "Dövlət nişanı" ilə təltif olunub. Bu barədə Türkiyənin "TRT Haber" telekanalı məlumat verib.
Sonra Prezident İlham Əliyev tərəfindən Türkiyə Prezidenti Abdullah Gül "Heydər Əliyev" ordeni ilə təltif olunub. Təltifolunma mərasimindən sonra Azərbaycan və Türkiyə prezidentləri çıxış ediblər.
Məlumata görə, mərasimdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Azərbaycan və Türkiyənin ictimai-siyasi xadimləri iştirak ediblər. trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00