Jirinovski "Qafqazdakı vəziyyətlə bağlı dediklərindən təəssüflənir"

Rusiya Liberal-Demokratik Partiyasının (RLDP) lideri Vladimir Jirinovski bəyan edib ki, Qafqazda vəziyyətlə bağlı ictimaiyyət qarşısında söylədiyi, onun fikrincə, düzgün başa düşülməyən fikirlərinə görə heyifsilənir. Jirinovski çərşənbə axşamı Dövlət Dumasının plenar iclasında deyib: "Mən heyifsilənirəm, baxmayaraq ki, əksəriyyət məni dəstəklədi. Verilişdə danışarkən qanun çərçivəsində görülən tədbirləri nəzərdə tuturdum. "Tikanlı məftil" termini blokpostlardır. Mənim dediklərimin hamısı yalnız cinayətkarın tutulması üzrə əməliyyatın keçirilməsi ilə bağlıdır. Amma həmişə düzgün başa düşülmürsən".
Doğum sayına nəzarət haqqında fikirlərə gəlincə, Jirinovskinin sözlərinə görə, o, beynəlxalq təcrübə haqqında danışıb, bunun Rusiya Federasiyasına uyğun olduğunu deməyib.
Xatırladaq ki, Vladimir Jirinovski televiziyada çıxışı zamanı terrorçuluğun profilaktikası üçün Şimali Qafqazda əhali artımına nəzarətin gücləndirilməsini və bu bölgənin Rusiyanın qalan hissəsi ilə tikanlı məftillərlə ayrılmasını təklif etmişdi. Bu ifadələr kəskin etirazlara səbəb olub. trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00