Gənclər Atatürkün xatirəsini yad edib
12 Noyabr 2013 12:08 Siyasət"Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti" Mustafa Kamal Atatürkün xatirəsini anma mərasimi keçirib. Təşkilatdan "OLAYLAR"-a daxil olan məlumata görə, anma mərasimi Türkiyə Cümhuriyyətinin Bakıdakı səfirliyi qarşısındakı parkda ucaldılmış Atatürkün heykəlinin önündə təşkil edilib. Tədbirə dəvətlilər sırasında türkiyəli iş adamları, gənclər təşkilatları, müəllim və tələbə heyəti olub. Tədbirin proqramına əsasən heykəlin önünə əklil qoyulduqdan sonra 1 dəqiqəlik sükut ilə Atatürkün xatirəsi yad edilib, Atatürkün şərəfinə şerlər oxunub..Sonra Azərbaycan və Türkiyə dövlətlərinin himni səsləndirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00