Salonik şəhərinin meri Azərbaycana gəlib
12 Noyabr 2013 11:37 SiyasətYunanıstanın Saloniki şəhərinin meri İoannis Boutarisin Azərbaycana rəsmi səfəri başlayıb. Gənclər və İdman Nazirliyindən "OLAYLAR"-a daxil olan məlumata görə, səfərdə məqsəd Saloniki şəhərinin "Avropa Gənclər paytaxtı 2014" seçilməsi nəzərə alınaraq şəhərin turizim imkanlarının təqdimatının keçirilməsi və bu istiqamətdə Azərbaycanla bir sıra layihələrə imza atılmasıdır. İoannis Boutarisin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri Gənclər və İdman Nazirliyinin dəvəti ilə baş tutub. Səfər çərçivəsində Saloniki şəhərinin meri İoannis Boutarislə yanaşı, bələdiyyənin turizim məsələlərinə məsul müşaviri Spyridon Pengas , merin köməkçisi Eleni Sotiriou və "Avropa Gənclər paytaxtı 2014"ün koordinatoru Charalampos Papaioannou da ölkəmizdədirlər. Səfər zamanı Azərbaycanla gənclər və idman sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məsələlərinin müzakirəsi nəzərdə tutulub. Səfər proqramı çərçivəsində nümayəndə heyəti tərəfindən Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarının və Şəhidlər Xiyabanının ziyarət edilməsi, "Dövlət Bayrağı" Meydanı və Heydər Əliyev Mərkəzi ilə tanışlıq, həmçini qonaqların iştirakı ilə Gənclər Təşkilatları Milli Şurası, Gənclər və İdman Nazirliyinin nümayəndələri və bir sıra rəsmilərlə görüşlər keçirilməsi nəzərdə tutulub.