Niyə Rusiya-Ukrayna danışıqları nəticəsiz qalır?

Ukraynanın Rusiya təcavüzünə qarşı keçirdiyi "Hörümçək toru əməliyyatlarından sonra Rusiyanın Ukraynada geniş hücum əməliyyatları Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, sabiq prezident Dmitri Medvedevin "qisas qaçılmazdır" dediyi kimi qisas əməliyatıdır. Əlbəttə ki, Rusiyanın geniş miqyaslı hücumlarının həm də siyasi-diplomatik və hərbi məqsədləri (bufer zona yaratmaq) də var.
Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov "Rusiya və Ukrayna danışıqları davam etdirməlidir" fikri ilə yanaşı, "Rusiya ordusunun Ukraynanın Dnepropetrovsk vilayətinə hücumu həm də bufer zonasının yaradılması istiqamətində işdir" açıqlaması mahiyyətcə bir-birinə zidd mövqedəndir. Bir neçə həftə əvvəl isə prezident Putin "Rusiya-Ukrayna sərhədi boyu bufer zona yaradılacaq" - deyə bildirmişdi.
Dmitri Peskovun açıqlaması özlüyündə Rusiyanın da vəziyyətidən çıxışının mürəkkəbliyini, qeyri-müəyyənliyini, ehtiyat etdiyini göstərir. Rusiya və Ukrayna arasında əhəmiyyətli danışıqların mümkünsüzlüyü təbii ki, dondurulmuş müharibənin bir müddətdən sonra indiki nəticələrinin dəyişmə ehtimalının yüksək olmasldır. Həm Ukrayna və həm də Rusiya atəşkəs istəyir, Ukrayna qeyd-şərtsiz atəşkəs və danışıqlar, Rusiya isə paralel atəşkəs və sülh müqaviləsini imzalamaq niyyətindədir.
Atəşkəs məsələsinə həm Ukraynanın və həm də Rusiyanın ehtiyatla yanaşması əlbəttə ki, Qarabağ nümunəsidir. Ükrayna atəşkəsə ümud edir ki, danışıqlar prosesində öz hərbi imkanlarını genişləndirəcək, güclənib torpaqlarını Azərbaycan kimi işğaldan azad edəcək. Rusiya isə ehtiyat edir ki, sülh müqaviləsi imzalanmasa Ukrayna müharibəyə hazırlaşıb bir müddətdən sonra torpaqlarını azad edə bilər. Hər iki halda Azərbaycan - Qarabağ nümunəsi hər iki tərəfin bir-birinə olduqca ehtiyatlı davranmasını şərtləndirir. Ukrayna sülh müqaviləsini o səbəbə imzalaya bilməz ki, Rusiya Ukraynadan işğal etdiyi torpaqlar üzərində suverenlik qazansın. Rusiya Ukrayna ilə qeyd-şərtsiz atəşkəsə, danışıqlara gedə bilmir ki, işğal etdiyi torpaqlar üzərində legitimliyi yoxdur və hər zaman Ukrayna torpaqlarını azad edə bilər.
Ukrayna xalqının şəxsi fədakarlığı və Ukraynanın güclənməsi prosesi, Avropanın aparıcı NATO ölkələrinin Ukraynaya birmənalı dəstəyi, ABŞ prezidenti Donald Trampın Rusiya qarşı münasibətinin dəyişməsi, Rusiyanın daxildən ciddi vurulması Putin hakimiyyətini Ukrayna ilə danışıqlara məcbur edib. Vəziyyət həm də Rusiya daxilində Vladimir Putin hakimiyyətinə təhlükələr yaradıb. Ancaq, bəllidir ki,  Azərbaycan prezidenti İlham Əliyevin dediyi kimi: "İki açıq müharibədən keçmiş və onların arasında olan dövrü görmüş ölkə kimi deyə bilərəm ki, atəşkəs heç zaman müharibəni dayandırmır".

Vüqar Dadaşov

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31