Hindistan–Pakistan münasibətləri: Regional güc balansında artan gərginlik və təhlükələ– ÖZƏL

"Hindistanın Pakistan ərazisinə hücum etməsi, hava zərbələri endirməsi şübhəsiz ki, qəbul edilə biləcək bir hal deyil. Əslində, Hindistan bir az da Pakistan Hərbi Hava Qüvvələrinin gücünü sınamağa cəhd etmişdi. Lakin aldığı cavab ağır oldu deyə bilərik. Çünki Pakistan Hərbi Hava Qüvvələri qətiyyətli şəkildə cavab verdi və Hindistanın bir neçə qırıcı təyyarəsini sıradan çıxardı. Bu isə Pakistan Hərbi Hava Qüvvələrinin nə qədər hazırlıqlı olduğunu göstərdi".

Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

Digər tərəfdən mən hesab edirəm ki, Hindistanın geosiyasi rolu artdıqca, o, siyasi reallıqdan uzaqlaşır. Belə ki, Hindistan bu gün regional gücə çevrilmiş və qlobal güc iddiasında olan bir ölkədir. Lakin bir şeyi anlamalıdır: regional gücdən qlobal gücə keçmək istəyən bir ölkə daha çox sabitliyə əsaslanmalıdır. Halbuki Hindistan bu gün Nepal, Çin, Şri Lanka və Pakistanla fərqli-fərqli problemlər yaşayır. Bunların hamısı onun qonşu ölkələridir.

Qonşuları ilə getdikcə daha çox problem yaşayan Hindistan, digər tərəfdən 2022-ci ildə G20 ölkələri tərəfindən planlaşdırılan "Baharat yolu" layihəsini də təhlükə altına salır. Hindistan unutmamalıdır ki, Pakistan da güclü dövlətdir, nüvə silahına sahibdir və olası bir problem nüvə münaqişəsinə belə çevrilə bilər. Təbii ki, bu çox uzaq bir ehtimaldır, lakin belə bir reallıq da mövcuddur".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31