Ulu Öndərin şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır- ÖZƏL

"Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib". "Olaylar" xəbər verir ki, bunu YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin deputatı Elman Məmmədov deyib. Bildirib ki,  Vətən və xalq qarşısında misilsiz xidmətlərinə görə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur: "Ulu Öndərin böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətlər, habelə torpaqlarımızın işğaldan azad edilməsi, bu gün həmin ərazilərdə aparılan abadlıq-quruculuq işləri bunu deməyə əsas verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31