Əli Mustafa: Separatçılara qarşı məhkəmə ədalət və xəbərdarlıqdır – ÖZƏL
11 Aprel 21:20 SiyasətErmənistanın beynəlxalq hüquq üzrə mütəxəssisi Taron Simonyan iddia edir ki, Azərbaycan erməni əsirlərlə bağlı hüquqi prinsipləri pozur və "səhnələşdirilmiş məhkəmə prosesləri" ilə həm daxili ictimai rəyi yönləndirməyə, həm də Qarabağın hüquqi varlığını inkar etməyə çalışır. Onun sözlərinə görə, bu addımlar Ermənistanı beynəlxalq səviyyədə məsuliyyətə cəlb etmək və siyasi təzyiq vasitəsi yaratmaq məqsədi daşıyır.
"Çox təəssüf ki, erməni hüquqşünaslar, beynəlxalq hüquq mütəxəssisləri də erməni xəstəliyinə mübtəla olublar. Onlar peşəkar və obyektiv yanaşmanı kənara qoyaraq, sırf milli və şəxsi maraqları baxımından məsələyə subyektiv və qərəzli yanaşırlar. Bu məsələyə dair beynəlxalq hüquq mütəxəssisi olan Taron Simonyanın iddiası isə tamamilə əsassız və cəfəngdir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa söyləyib. Siyasi şərhçi bildirib ki, erməni silahlı birləşmələri və Ermənistan ordusu 30 il ərzində Azərbaycanın ərazilərində ağır cinayətlər törədib və bu, hüquqi məsuliyyət tələb edir.
"Həmin şəxslər - Böyük Bəhməndə mühakimə olunan erməni terrorçuları, erməni cinayətkarları - 30 il ərzində Azərbaycan ərazilərində ağır cinayətlər törədiblər. Bu, dünyanın gözü qarşısında baş verib. Bu, hansısa mifoloji, 120 il əvvəl baş vermiş hadisə deyil. Bizim müasir dövrümüzdə, hər birimizin yaşadığı bir zamanda baş verib. Onlar orada təbii ki, keçid məntəqələri qurublar, Qarabağı Azərbaycan yurisdiksiyasından çıxarıblar, orada yaşayan insanlarımızı, vətəndaşlarımızı qətlə yetiriblər. Üstəlik, təkcə Qarabağdan deyil, keçmiş Dağlıq Qarabağ vilayətinin ərazisindən daha böyük digər Azərbaycan torpaqlarını da işğal ediblər. Və bütün bunları Ermənistan ordusunun gücü ilə ediblər. Yəni, bunları yalnız Qarabağdakı erməni vandalları, erməni faşistləri etməyib. Bunu həm də Ermənistan dövləti edib - Ermənistan dövlətinin hərbi qüvvələri, ordusu".
Əli Mustafa əlavə edib ki, Ermənistanın törətdiyi hərbi təcavüzə görə məsuliyyətdən yayınmağa çalışması erməni faşizminin və həyasızlığının nümunəsidir.
"Azərbaycan ərazilərinə Ermənistan Respublikası tərəfindən təcavüz olub. Onların orada tankı, topu, raketi, silahı, sursatı və 20 mindən çox hərbçisi iştirak edib. Yəni, bu gerçəklikdir, burada şübhəli heç nə yoxdur. Sadəcə olaraq, biz erməni həyasızlığı və erməni faşizminin o ən yaramaz və murdar sifəti ilə üz-üzəyik. Yəni, bütün bu cinayətləri törədib, sonra da heç nə olmamış kimi davranmaq, sanki bu törətdikləri cinayətlərə görə heç bir məsuliyyətə cəlb edilməməlidirlərmiş kimi yanaşmaları - bu, mənim fikrimcə, erməni yaramazlığının bariz nümunələrindən biridir".
Politoloq vurğulayıb ki, Qarabağ Azərbaycandır və erməni faşizminə görə beynəlxalq mühakimə vacibdir.
"Qarabağ Azərbaycanın bir hissəsidir. Vaxtilə Sovet dövründə orada cinayətkar əməllər törədiblər, nəsə yaradıblar, amma indi ərazisindəki siyasi və muxtar qurumlarla bağlı qərarı Azərbaycan dövləti verir. Və həmin ərazidəki vilayəti ləğv edibdir. Bununla da məsələ bitir. Orada siyasi hansısa bir status ola bilməz. Erməni xalqının öz müqəddəratını təyin etməyə gəldikdə isə, onlar bunu Ermənistan Respublikasını yaratmaqla həyata keçiriblər. Əgər Qarabağla bağlı ümumerməni iddiaları irəli sürüləcəksə, biz də artıq Ermənistan dövlətinin özünə iddialar irəli sürməliyik. Çünki Ermənistan bizim tarixi torpaqlarımızda yaradılıb. 1918-ci il 29 may Batum razılaşmasında biz onlara icazə vermişik. O halda biz həmin qərarı mübahisələndirə bilərik. Yəni, əgər onlar bizim ərazimizin bir hissəsini şübhə altına alırlarsa, mübahisələndirirlərsə, biz də Ermənistan dövlətinin siyasi və hüquqi statusunu mübahisələndirə bilərik və bunu etməliyik. Digər tərəfdən, mən həmişə o mövqeyi müdafiə etmişəm ki, bu şəxsləri bizim milli məhkəmələrdə deyil, beynəlxalq tribunalda və yaxud da Beynəlxalq Cinayət Məhkəməsində mühakimə etmək lazımdır. Çünki bunlar insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və soyqırım törədiblər. Yəni, Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına aid olan bütün məsələlər üzrə bu cinayətləri törədiblər. Erməni faşizminin bir hissəsi bu gün burada mühakimə olunur, amma onların cinayətkarlarının böyük bir qismi bu gün Ermənistanda azadlıqda gəzir. Orada Serj Sarkisyan, Robert Köçəryan, Seyran Ohanyan kimi baş cinayətkarlar var və daha qatı faşistlər də var. Biz onların da mühakiməyə cəlb olunmasını qaldırmalıyıq. Və bəlkə də bunun beynəlxalq bir formatını tapmalıyıq ki, dünyanın gözü qarşısında bu şəxslər mühakimə olunsun və erməni faşizmi bir dəfəlik küncə sıxışdırılsın. Əks halda, onlar hər zaman əsassız, absurd iddialarla bizi narahat edəcəklər, cəmiyyətimizin düşüncəsini bulandıracaqlar, ictimai rəyi çaşdıracaqlar".
Ə. Mustafa əlavə edib ki, Separatçılara qarşı məhkəmə Azərbaycanın ədalət və cəza mesajıdır.
"Buradakı separatçılara qarşı aparılan məhkəmənin əlbəttə ki, əhəmiyyəti var. Bu həm bizim milli təhlükəsizliyimizə, həm də ərazi bütövlüyümüzə konkret təsir göstərir. Əvvəla, biz bununla onlara və digər cinayətkarlara, torpaqlarımıza göz dikən digər yadellilərə bir mesaj veririk: əgər bizə qarşı hücum olacaqsa, ərazilərimiz işğal ediləcəksə və haqsızlıqlar ediləcəksə, bunun sonu cəza olacaq. Getdikcə Azərbaycan dövlətinin etdiyini türk milləti, türk dünyası da edəcək. Sonda bu haqsızlıqlar, bizə qarşı əsrlərlə davam edən bu refleksiyalar və cinayətkar əməllər nəhayət ki, öz layiqli cəzasını alacaq".
Politoloq sonda bildirib ki, Azərbaycan hər cür təzyiqə cavab verə biləcək gücdədir və bu, regiona ciddi xəbərdarlıqdır.
"Biz artıq istənilən təzyiqə, istənilən təcavüzə, istənilən aqressiyaya cavab vermək gücündəyik. Və nəhayət, bunu regiondakı digər dövlətlər də anlamalıdırlar - o dövlətlər ki, arada-bərədə Azərbaycanı hədələyirlər və ya açıq, ya da gizli formada bölgə ilə, torpaqlarımızla bağlı müəyyən planlar qururlar. Onlara da bu bir xəbərdarlıqdır, bir ibrətdir: erməni faşizmi bu gün hansı dərsi alırsa, sabah siz də ala bilərsiniz. Ağlınızı başınıza yığın və gedin o uçsuz-bucaqsız torpaqlarınızda insanların rifahı üçün düşünün - fəlakətlə yaşatdığınız insanları xilas edin. Bizə qarşı isə heç bir iddia ilə gəlməyin".
Səidə Ramazanova