Azərbaycan və İran arasındakı əlaqələrdə müsbət inkişaf gözlənilir- ÖZƏL 

Tehranda  Azərbaycan və İran XİN-ləri arasında konsulluq məsələləri üzrə müzakirələr aparılıb, burada vətəndaşların hüquqlarının qorunması və hüquqi yardımın təkmilləşdirilməsi mövzuları da müzakirə edilib. Görüşdə həmçinin müvafiq qurumların nümayəndələri iştirak ediblər.

Siyasi şərhçi Tural İsmayılov Olaylar.az-a mövzu ilə bağlı açıqlama verib. Politoloq  Azərbaycan və İran arasındakı əlaqələrdə müsbət inkişaf gözlənildiyini bildirib:

"Azərbaycanla İran arasında yaxşı əməkdaşlıq modelləri və imkanları heç vaxt tükənməyib, mövcuddur. Azərbaycan və İran müxtəlif platformalarda əməkdaşlıq edirlər və ölkələr arasında tarixi bağlar mövcuddur. Buna baxmayaraq, yaxın keçmişdə  Azərbaycandan asılı olmayan səbəblər üzündən  Azərbaycan və İran münasibətlərində müəyyən gərginliklər və soyuqlaşmalar baş vermişdir. Hər bir halda, son dövrlər iki ölkə rəhbərliyi arasında müxtəlif müzakirələrin aparılması, danışıq meyarlarının inkişafı ilə bağlı ortada nəticələrin olması, eyni zamanda iki ölkə prezidentləri arasında danışıqların aparılması, İran prezidentinin yaxın zamanlarda Azərbaycana gözlənilən səfəri və nəhayət,  Tehranda Azərbaycan və İran Xarici İşlər Nazirlikləri arasında konsulluq müzakirələrinin aparılması Azərbaycan və İran əlaqələrində yüksələn müsbət dinamikanı və tendensiyanı özündə ehtiva edir. Bu günə qədər ölkələr arasında baş verən hadisələr fonunda əlaqələrin dərinləşməsi, səfərlərin çoxalması, konsulluq müzakirələrinin aparılması Azərbaycan-İran münasibətləri ilə bağlı müsbət tendensiyanı gözləməyimizə səbəb olur. Ümid edirəm ki, Azərbaycan və İran arasındakı danışıqlar və əlaqələr inkişaf etdikcə, Azərbaycana qarşı müxtəlif oyunlar həyata keçirən, İran ərazisindən ölkəmizə hədəf alan müxtəlif dezinformasiya şəbəkələrinin də qarşısı alınar. Azərbaycan-İran münasibətlərində ortada olan yaxşı meyarlar və tendensiyalar mövcuddur və bu yaxşı meyarlar, tendensiyalar əsasında münasibətlər sistemini inkişaf etdirmək olar".
Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31