Azərbaycan regionda sülhün təmin olunmasına öz töhfəsini verir- ÖZƏL


​ "Azərbaycan - Gürcüstan qarşılıqlı əlaqələrinin yüksək səviyyəsi Cənubi Qafqazda sülhün təmin edilməsində mühüm məqamdır və bu amil təhlükəsizliyə öz töhfəsini verir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib: "Gürcüstan prezidentinin ölkəmzə səfəri zamanı ​ Ermənistan - Azərbaycan münasibətlərinin normallaşması istiqamətində atılan sülhməramlı addımlar fonunda Cənubi Qafqazda əmin-amanlığın bərqərar edilməsinin bizim birgə maraqlarımızda olduğunu bildirən cənab İlham Əliyev burada hər iki ölkənin rolunu yüksək qiymətləndirmişdir: "Əfsuslar olsun ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31