Paşinyan şərti sərhəddə atəşkəsin pozulmasından danışdı
22 Mart 07:33 SiyasətErmənistan baş naziri Nikol Paşinyan şərti sərhəddə atəşkəsin pozulması fonunda iki ölkə arasında münasibətlərin gərginləşməsi üçün əsas olmadığını bildirib.
Bu barədə o, Ermənistanın İctimai Televiziyasına müsahibəsində danışıb.
"Eskalasiyanın əsasları olmalıdır. Bizim regionda bu gün gərginləşmə üçün heç bir əsas yoxdur. Nəticə etibarilə, növbəti mərhələ sülh müqaviləsinin imzalanması və həyata keçirilməsi olmalıdır", - Paşinyan qeyd edib.
Baş nazir həmçinin qeyd edib ki, Avropa İttifaqının (Aİ) müşahidəçiləri Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi imzalanana qədər sərhəddə qala bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31