Müşahidəçilər Azərbaycanla sərhəddə bu tarixə qədər qalacaq

AB müşahidəçiləri İrəvanla Bakı arasında sülh sazişi imzalanana qədər Ermənistan-Azərbaycan sərhədində qala bilərlər.

Globalinfo.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan İctimai Televiziyasına müsahibəsində deyib.

Qeyd edək ki, Ermənistan AB-nin müşahidə missiyasının mandatını cari ilin fevral ayında daha iki il müddətinə uzadıb. Ancaq sülh sazişi mətnində 3-cü qüvvələrin sərhəddə yerləşdirilməyəcəyi barədə tələbi qəbul edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31