Qarabağın azad edilməsi regionda yeni səhifə açıb - Ərdoğan

Qarabağın 30 ilə yaxın işğaldan sonra azad edilməsi regionda yeni bir səhifə açıb.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Novruz bayramı münasibətilə təşkil olunan tədbirdə deyib.

O, həmçinin vurğulayıb ki, 2023-cü il fevralın 6-da baş verən zəlzələlərdən sonra Türkiyəyə köməyə ilk çatan ölkələrdən biri qardaş Azərbaycan olub.

Ərdoğanın sözlərinə görə, türk dünyası ölkələri üçün ən böyük dəyər birlikdir. "Birgə səylər sayəsində bu birlik son illərdə daha da möhkəmlənib və bütün sahələrdə əməkdaşlığın inkişafına töhfə verib", - o bildirib.

Türkiyə lideri qeyd edib ki, qardaş ölkələr birgə səylərlə yeni dünya düzəni quracaq və bu düzənin mərkəzində türk dünyası olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31