“Moskvanın xüsusi Azərbaycan planı baş tutmayacaq” - AÇIQLAMA
Elxan Şahinoğlu: “Həmin hadisədə Azərbaycana müəyyən təzyiq elementləri görünür”
17 Oktyabr 2013 15:31 Siyasət"Moskvada baş verən hadisəni Rusiya hakimiyyəti və KİV-i həddindən artıq şişirdilər. Dünyanın heç bir ölkəsində görünməyib ki, hər hansısa bir məişət zəmnində baş vermiş cinayətdə təqsirləndirilən və törətdiyi cinayəti sübuta yetirilməmiş bir şəxsi əli qandallı şəkildə daxili işlər nazirinin qəbuluna gətirələr" - "Atlas" Araşdırmalar Mərkəzinin direktoru Elxan Şahinoğlu "OLAYLAR"a açıqlamasında belə deyib. E.Şahinoğlu hesab edir ki, bu hadisə faktiki olaraq Azərbaycan vətəndaşının aşağılanması deməkdir: "Həmin hadisədə Azərbaycana müəyyən təzyiq elementləri görünür. Çünki Kreml Azərbaycanı Gömrük Birliyi və Avrasiya İqtisadi İttifaqında görmək istəyir. Moskva hesab edir ki, Rusiyada yaşayan və işləyən azərbaycanlıları sıxışdırmaqla buna nail olacaq. Lakin Moskvada baş verən hadisə Azərbaycanın kəskin şəkildə hiddətinə səbəb olub. Bir çox insan bazarda baş verən hadisələrdən qorxsa da Moskvanın bu planı baş tutmayacaq". ("OLAYLAR" İA)