Beynəlxlaq təşkilatlar işğalçı dövlətə qarşı heç bir ciddi addım atmırlar- ÖZƏL

"İşğal altında olmuş torpaqlarımızın azad edilməsi bütün dövrlərdə dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi olub". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputat Ağalar Vəliyev deyib: "Azərbaycan zaman-zaman torpaqlarının itirilməsinə, xalqımız soyqırımları, deportasiyalara məruz qalıb. Bütün bunlara baxmayaraq, beynəlxalq təşkilatlar, xüsusilə BMT ölkəmizə qarşı bu cür ədalətsizliklərə heç vaxt adekvat reaksiya verməyib. BMT Təhlükəsizlik Şurasının ölkəmizin işğal olunmuş əraziləri ilə bağlı qəbul etdiyi qətnamələr isə kağız üzərində qalmış, işğalçıya qarşı heç bir ciddi tədbir görülməmişdir. Belə olan halda, təbii ki, Azərbaycan öz məsələsini özü həll etmək məcburiyyətində qaldı.
Ölkəmizdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ötən əsrin sonlarından başlayan iqtisadi inkişaf məntiqi nəticəyə hesablanmışdı - torpaqlarımızın işğaldan azad edilməsi. Ümummilli Liderin başlatdığı və Prezident İlham tərəfindən uğurla davam etdirilən Azərbaycanın iqtisadi inkişafı onun hərbi qüdrətinin, beynəlxalq nüfuzunun artmasına gətirib çıxardı. Ordumuzun döyüş qabiliyyətinin artırılması, milli müdafiə sənayemizin inkişafı ölkəmizi Qələbəyə yaxınlaşdırırdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31