Azərbaycanın Zəfəri dünyanı heyrətləndirdi- ÖZƏL

"Tarixi Zəfərimizdən ötən hər gün Azərbaycanın 44 gündə qazandığı siyasi, hərbi, diplomatik uğurların necə qürurverici olduğunu nümayiş etdirir". Olaylar xəbər verir ki, bunu YAP Ucar rayon təşkilatının sədri Şəhla  Abdullayeva deyib: "Dörd ildir ki, azad olunan torpaqlarımız tarixi sahiblərinə qovuşaraq dağıntılardan quruculuq mərhələsinə keçdikləri üçün sevinclidirlər. 44 günlük Vətən müharibəsinin gedişi dövrüdə Azərbaycanın döyüş meydanında, informasiya cəbhəsində qazandığı uğurlar dünyanı heyrətləndirdi. XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. Aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, Ordumuzun qarşısında, hətta, dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı ".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31