Avropayönümlü Maya Sandu inamlı qələbə qazanıb- ÖZƏL

"Moldovada keçirilən prezident seçkilərinin ikinci turunda 55% səslə Maya Sandu qalib gəlib və Rusiyayönlü namizəd Aleksandr Stoyanoqlo isə 54% səslə uduzub". Olaylar xəbər verir ki, bunu Vətəndaş Həmrəyliyi Partıyasının təmsilçisi Samir Əsədli deyib:
"Seçkilərdə əsas diqqətçəkən məqamlardan biri avropayönümlü mövqeyi ilə bilinən Sandunun ölkə xaricində (82,3 faiz), rusiyameyilli və avroskeptik baxışları ilə seçilən Stoyanoqlonun isə əsasən etnik azlıqların yaşadığı Qaqauz Yeri Muxtar Bölgəsi (97 %) və hökumətin birbaşa nəzarətində olmayan Dnestr çayının sol sahilindəki inzibati-ərazi vahidlərində (79,4 %) böyük fərqlə qələbə qazanması olub.
Eyni zamanda, Maya Sandu paytaxt Kişineuda da inamlı qələbə qazanıb - 57,38 %.
Ümumilikdə, ölkə daxilində protokolların 100 faizinin emalından sonra Stoyanoqlo səslərin 51,2 faizini, Sandu isə 48,8 faizini alıb. Ölkə xaricində isə protokolların 87,5 faizinin emalından sonra durum tərsinə - 82,3 faiz səslə hazırkı prezidentin dövlət başçısının xeyrinə olub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31