"Ölkəmizə qarşı hücumlar bizi hədəfdən yayındırmaq məqsədi daşıyır"

"Regionda baş verən proseslər, Azərbaycanın irəli sürdüyü təşəbbüslərin məzmunu göstərir ki, bu gün Cənubi Qafqazda sülhün təmin olunması üçün bizim ölkəmiz kifayət qədər ciddi səy göstərir". Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Soltan Məmmədov deyib: "COP29 kimi mötəbər bir tədbirə hazırlıq ərəfəsində ölkəmizə qarşı müxtəlif siyasi dairələrdən edilən hücumlar bizi qarşımızda duran hədəflərdən yayındırmaq məqsədi daşıyır. Avropa Parlamentinin oktyabrın 24-də qəbul etdiyi qərəzli və obyektivlikdən tamamilə uzaq qətnamə də məhz bu hücumların tərkib hissəsisdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31