APA-nın daimi komitəsinin iclası keçiriləcək
2 Noyabr 2024 12:10 SiyasətMilli Məclisin deputatı Rizvan Nəbiyev Asiya Parlament Assambleyasının (APA) Büdcə və Planlaşdırma üzrə Daimi Komitəsinin iclasında iştirak etmək üçün noyabrın 4-də Qətər Dövlətinin Doha şəhərinə səfər edəcək.Olaylar xəbər verir ki, iclasda assambleyanın maliyyə və planlaşdırma məsələləri nəzərdən keçiriləcək, həmçinin bəzi təşkilati işlərə baxılacaq.
Səfər noyabrın 7-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31