Ermənistan Azərbaycanla sərhəddə "səlibçi" bayraqlarını endirdi
1 Noyabr 2024 14:49 SiyasətErmənistanın Azərbaycanla sərhəddə üzərində səlibçi xaçının əks olunduğu bayraqlar qaldırdığı barədə məlumat vermişdik.
Olaylar bildirir ki, bu il oktyabrın 8-də yayılmış məlumatda bildirilirdi ki, Ermənistanın dövlət sərhədində qaldırdığı bayraqların üzərində səlibçi xaçları aydın görünür.
Xəbərdə üzərində xaç olan bayraqların qaldırıldığı əks olunmuş foto və video da təqdim olunmuşdu.
Xaçlı bayraqlar Gorusun Şurnuxu və Vorotan kəndlərində qaldırılmışdı.
APA-nın əldə etdiyi məlumata görə, dünən saat 17-18 radələrində erməni tərəfi Vorotan kəndi ərazisinə qaldırıcı kran gətirib, üzərində xaç olan bayrağı endirib, yerində Ermənistanın üzərində xaç olmayan dövlət bayrağını qaldırıb. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31