MM-də yeni şöbənin yaradılması təklif olunub
1 Noyabr 2024 13:19 SiyasətMilli Məclisin sədr müavini Rafael Hüseynov parlamentdə Qanunvericilik dili və hüquq terminologiyası adlı şöbə yaradılmasını təklif edib. "Olaylar" xəbər verir ki, o bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında "Uşaq hüquqları haqqında" qanunda dəyişiklik layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib. O qeyd edib ki, şöbədə hüquqşünaslar və dilçilər birləşə bilərlər: "Çünki qanun layihələrinin dili çətindir və bunu insanlara daha anlaşılan formada təqdim etmək vacibdir".
Milli Məclisin sədri Sahibə Qafarova da deputation sözləri ilə razılaşdığını söyləyib: "Qanun layihələri bizə gəlmədən öncə linqvistik ekspertizadan keçirilir. Amma haqlı olaraq deputatlar da bu məsələdə bəzi məqamlara toxunurlar. Hüquqşünasların dili çətindir. Qanun layihəsini sadə dillə izah etmək lazımdır. Bununla razıyam".