Ölkəmizin uğurlarını həzm edə bilməyən qüvvələr var- ÖZƏL
11:59 Siyasət"Tarixi Zəfərimizdən və suverenliyimizin tam bərpasından sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu, möhkəmlənən mövqeyi göz qabağındadır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Malik Həsənov deyib: "Ölkəmizin ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyi yeni dostlar, tərəfdaşlar qazanmasında əhəmiyyətli rol oynayır. Təəssüf hissi ilə qeyd edirik ki, bu gün də ölkəmizin uğurlarını həzm edə bilməyən qüvvələr var. Suverenliyimizin bərpasından sonra geniş miqyas alan əsassız ittihamlar diqqətdən kənarda qalmır. Azərbaycana qarşı belə cəhdlər daim olub və qarşısı böyük qətiyyətlə alınıb, bundan sonra da alınacaq. Azərbaycanın müstəqil siyasəti, prinsipial mövqeyi, beynəlxalq hüquqa bağlılığı uğurlarının davamlılığını şərtləndirən əsas faktorlardır. Tarixi Zəfərimizin ardınca ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi bir daha dünyaya sübut etdi ki, sonda Zəfər çalan tarixi ədalətdir".