Ermənistanda dağıdılmış qəbiristanlıqla bağlı araşdırma işləri aparılır

"Ermənistan ərazisində Qərbi azərbaycanlılara məxsus 600 qəbiristanlıqdan cəmi ikisi - Amasiya rayonunun Qaranamaz və Kalinino rayonunun Cücəkənd qəbiristanlıqları dağıdılmayıb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Qərbi Azərbaycan Təşəbbüs Qrupunun rəhbəri Əziz Ələkbərli parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda üç qəbiristanlıqla bağlı araşdırma işləri aparılır: "Belə ki, Vedi rayonunun Şidli, Zəngibasar rayonunun Sarvanlar və Rəncbər kəndlərinin qəbiristanlıqları üzərinə qum və torpaq verilərək izləri itirilməkdədir. Ermənistanda qəbiristanlıqlarımızdan 450-dən çoxu yer üzündən tamamilə silinib, 150-yə yaxınının dağıdılmış qalıqları müşahidə edilir. Basarkeçər rayonunun 4 kəndində - Sarıyaqub, Daşkənd, Yuxarı Şorca və Canəhməd kəndlərində qəbiristanlıq ərazilərində tanklar üçün iri hərbi istehkamlar salınıb. Yuxarı Şorca və Canəhməd kəndlərindəki istehkamlar lap yenidir, 2024-cü ilin əvvəllərində salınıb. Basarkeçərin Zod və İnəkdağı kəndlərində də eyni vəziyyətdir. Onların hamısı ilə əlaqədar xüsusi materiallar hazırlanmalı, dünyaya təqdim edilməlidir". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31