Bəzi dövlətlər COP29 və Qarabağ siyasətində simasızlıq nümayiş etdirilər

"Bir çox dövlətlərin COP29 və Qarabağ siyasətində simasızlıqları görünür". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında bildirib. Onun sözlərinə görə, 34 ilir Azərbaycanın yüz milyonlarla ton neft və qaz ehtiyatlarını çıxaran, onu Avropa bazarlarına daşıyan, nəhəng sənaye müəssisələrində istehlak edən də transmilli Qərb şirkətləridir: "Avropa İttifaqından ölkəmizə qarşı sanksiyaya çağıranlar evlərində yanan qazımızı söndürə bilərlər. Lakin enerji inhisarçıları BP, "Şevron", "Exxon Mobil" və "Total"ın fəaliyyətini dayandırmağa gücləri çatmaz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31