Bizi neft qaz gəlirindən məhrum etməyə çalışırlar- ÖZƏL
1 Noyabr 2024 11:09 Siyasət"Neft ölkəsi olduğumuza görə, Azərbaycanı ittiham edənlər özləri atmosferə ən çox karbon buraxan ölkələrdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc deyib: "Dünyanı nüvə müharibəsinə çatdıran nəhəng dövlətlər günahı özgəsində görürlər. Avropa Birliyi daxil olmaqla Azərbaycana qarşı təziyiqə çağıranlar evlərində soyuqdan dona bilərlər. Bizi neft qaz gəlirindən məhrum etməyə çalışanlar yaşıl Azərbaycandan danışsalar daha yaxşı olar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31