MDB ölkələri arasında viza rejimi tətbiq oluna bilər

Rusiya ombudsmanı Vladimir Lukin maraqlı təkliflə çıxış edib

Rusiya ombudsmanı Vladimir Lukin MDB ölkələri arasında viza rejiminin tətbiq edilməsini təklif edib.ANS PRESS-in məlumatına görə, V. Lukin bunu Rusiyaya qanunsuz miqrant axınının qarşısını almaq məqsədilə etmək lazım olduğunu bildirib. "Mən viza rejiminin tətbiqinə tərəfdaram. Bununla yanaşı paralel olaraq cinayətdən uzaq olan insanların sərbəst yaşamaq və işləmələrini də istəyirəım", - deyə Lukin bildirib.
Vladimir Lukin Rusiya qanunvericiliyini pozan miqrantlarla amansız mübarizə aparmağın vacibliyini də bildirib.  "Bircə Allahdan savayı heç kimin nə işlə məşğul olduqları bilinməyən azsaylı insanlar haqda deportasiya da daxil olmaqla ən sərt tədbirlər görülməlidir", - deyə insan hüquqları üzrə məsul şəxs bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00