COP29-u boykot etməyə cəhd edirlər
10:29 Siyasət"Ancaq nəzərə almırlar ki, Azərbaycan öz haqqını dünyaya sübut etməyi bacaran dövlətdir"
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasının (COP29) Bakıda keçirilməsi bir çox dövlətlərin, eləcə də siyasi liderlərin məyusluğuna səbəb olub. Vəziyyət o həddə çatıb ki, münaqişə tərəfləri olan Azərbaycan və Ermənistan sülh müqaviləsinin imzalanması barədə razılığa gəlməsinə, sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyaların yaradılmasına baxmayaraq bəzi üzdəniraq dairələr ermənilərin "hüquqlarının müdafiəşisi" qiyafəsinə girərək COP29-un ölkəmizdə keçirilməsinə qarşı çıxırlar. Lakin bütün avantürist cəhdlərə baxmayaraq Azərbaycan bu tədbiri də ən yüksək səviyyədə keçirərək iqlim dəyişikliyi ilə mübarizəyə öz töhfəsini verəcək. Elə Milli Məclisin deputatı Fəzail İbrahimli də bu fikirdədir: "Azərbaycanın geosiyasi vəziyyəti, böyük dövlətlərin Azərbaycan marağı, bu maraqlar altındakı məkrli niyyətlər sanki özünün zirvəsinə çatmaqdadır. Bu məkrli niyyətlər hər zaman olub. Məhz bu məkrli niyyətlər ermənilərə rəvac verib ki, Azərbaycana qarşı işğalçılıq siyasəti yeritsinlər. Azərbaycana qarşı məkrli niyyətin mahiyyəti ondan ibarət olub ki, 30 il Azərbaycana ATƏT MQ vasitəsi ilə ümid verilib ki, işğal olunmuş torpaqlar sülh yolu ilə azad olunacaq. Yəni, bu məkrli niyyətlər böyük dövlətlərin Qafqaz marağı və xüsusən də bunun içində xristian dünyasına daxil olmayan müsəlman ölkəsi Azərbaycana qarşı olan xüsusi bir xəttdir. Bu xəttə hansısa bir zaman kəsiyində baş verən hadisə kimi baxmaq olmaz. Mənfi və müsbət mənada tarixi təcrübəmiz var. Biz bu gün üz-üzə gəldiyimiz dövlətlərin yürütdüyü siyasətlə bir neçə il əvvəl Avropa Oyunları ərəfəsində də şahidi olduq".
Deputat əlavə edib ki, o zaman onlar niyyətlərini gizlətməyə çalışırdılar və hadisələr gizlin baş verirdi: "Hadisələrin üzərinə açıq formada gedilmirdi. Bütün siyasi qüvvələr səfərbər olunmudşu ki, Avropa Oyunlarını boykot etsinlər. Nəticə nə oldu? Azərbaycan bütün dünyaya bəyan etdi ki, biz bacarırıq. COP29 isə Azərbaycanın dünya səviyyəsində aparıcı və ev sahibliyi edəcəyi növbəti bir mötəbər tədbirdir. Bu tədbir ilk növbədə Azərbaycanın deyil, BMT-nindir. Əgər BMT adlanan qurum varsa, ona hörmət varsa, BMT deyilən bir qurum beynəlxalq hüququn təminatçısıdırsa, o zaman bütün bunlar baş verə bilməzdi. Azərbaycan sadəcə olaraq tədbirə ev sahibliyi edir. Bu tədbir ötən il BƏƏ-də keçiirlib, bu il isə Azərbaycanda keçirilir. Növbəti ilə isə başqa bir ölkədə. Bəs, belə olan halda Azərbaycan niyə hədəf seçilir?
Digər tərəfən, məsələni elə qoyurlar ki, guya Azərbaycan belə bir tədbrin keçirilməsinə layiq deyil. Əgər layiq deyildisə niyə BMT-də bu məsələlər müzakirə olunanda dünya ölkələri yekdilliklə Azərbaycanın belə bir tədbiri keçirməyə layiq olduğuna razı olub səs verdilər? O zaman sual olunur ki, bu keçən müddətdə nə baş verdi? Sadəcə dünya bir daha onun şahidi oldu ki, beynəlxalq hüquq beynəlxalq gücün ətəyində sürünür. Demokratiya anlayışı mürtəce güclərin əlində öz məkrli, çirkin niyyətlərini həyata keçirmək üçün bir alətdir. Ona görə də bu təkcə Azərbaycan qarşı deyil, digər ölkələrə qarşı da həyata keçirilir. Biz bunun son zamanlarda Gürcüstan timsalında da şahidi olduq. Bu dövlətlər və qüvvələr hesab edirlər ki, onlar necə düşünürsə, gürcü də, azərbaycanlı da elə düşünməlidir. Amma bizim öz milli maraqlaırmız və milli ruhumuz var, ona görə də öz siyasətimizi yürüdürük".
Deputatın fikrincə, Gürcüstandakı parlament seçkiləri saxta demokratiyanı dünyaya sırımağa çalışan dövlətlərə, ələlxüsus da Avropaya qarşı ciddi yumruq oldu: "Necə oldu ki, xarici agentlər, LGBT haqqında qərar verməyənədək Gürcüstan dünyanın demokratik ölkəsi idi və bu ölkəyə külli miqdarda pul verirdilər. Ancaq gürcü xalqı iradəsini ortaya qoyub müstəqil yolunu seçmək düşüncəsi ilə hərəkət edən zaman dünyanın qeyri-demokratik ölkəsi oldu? Odur ki, bu təkcə bizə qarşı deyil. Amma necə deyərlər, bizim əskimiz tüstülüdür. Əgər gürcülər daxili problemləri ilə bağlı məsələni həll etməyə çalışırdısa, Azərbaycanla bağlı məsələ tamam başqadır.
Azərbaycan işğala son qoyan ölkədir. Azərbaycan dünya tarixində böyük güclərin qarşısında dayanıb öz haqqını dünyaya sübut etməyi bacaran xalq və dövlətdir. Azərbaycan dünyanın mötəbər təşkilatı olan BMT-nin Ermənistanın işğalçılıq siyasətinə son verməsi ilə bağlı qəbul etdiyi 4 qətnaməni icra edən ölkədir. Azərbaycan özünü dünyaya milli maraqlarını qoruyan və kölə olmadığını sübut edən ölkədir.
Bir millət, xalq kimi vahid iradə nümayiş etdirib, iradəli, cəsarətli lider ətrafında birləşən müsəlman ölkəsi olan Azərbaycanın bu uğurlarını Fransa, ABŞ və onların yedəyində gedən ölkələr heç cür həzm edə bimirlər. Ona görə də əllərinə fürsət düşən kimi Azərbaycana qarşı hücuma keçirək COP29-u boykot etməyə cəhd edirlər. Ancaq onların bu niyyətləri baş tutmayacaq və Azərbaycan COP29-u ən yüksək səviyyədə keçirməklə dünyaya bir daha sübut edəcək ki, verdiyim sözü yerinə yetirən ölkədir. Bu dövlətin cənab İlham Əliyev kimi uzaqgörən, müdrik, iradəli bir lideri var və hamı onun liderliyi ətrafında bir yumruq kimi birləşib bütün çətinlikləri dəf edərək uğurlara imza atacaq. Bundan itirən yenə də böyük dövlətlərin havası ilə oynayan dövlətlərə, xüsusən də Ermənistana növbəti bir dərs vermiş olacaq".
Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib ki, Azərbaycan COP29-a ev sahibliyi etməklə iqlim dəyişmələrinə qarşı mübarizə kimi mühüm qlobal məsələyə ciddi töhfə verməyi qarşısına məqsəd kimi qoyub: "Bu məqsədlə də ölkənin gələcək inkişaf strategiyasında "yaşıl iqtisadiyyata" və "yaşıl enerjiyə" keçid prioritet təşkil edir. Bununla da Azərbaycan həm qlobal iqlim dəyişikliyinə, həm də enerji sahəsinin şaxələndirilməsinə, xüsusən də Avropanın enerji təhlükəsizliyinin daha etibarlı şəkildə təmin olunmasında ciddi rol oynamaq niyyətindədir. Azərbaycan bu sahədə böyük potensilala malikdir. COP29 konfransının Bakıda keçirilməsi də bu məqsədlərə xidmət edir. COP29 Azərbaycanın həm qlobal iqlim dəyişikliyinə qarşı mübarizə, həm də ölkəmizin gələcək inkişafına və yeni uğrulara imza ataraq güclənməsi baxımdan mühüm tarixi əhəmiyyət kəsb edir. Nəticədə Azərbaycan qarşısına qoyduğu növbəti hədəflərə nail olmaqla qlobal proseslərdə daha ciddi aktor rolunda çıxş etməklə beynəlxlaq miqyasda daha nüfuzlu ölkələrdən biirnə çevriləcək. Təbii ki, Azərbaycanı gözü götürməyən düşmən qüvvələr bundan ciddi narahatçılıq keçirirlər".
Deputat bildirib ki, son vaxtlarda Fransa, ABŞ və erməni lobbisinin təsiri altında olan Qərbdəki dairələr tərəfindən Azərbaycana qarşı başlanan çirkin kampaniyanın kökündə məhz bu amil dayanır:
"Baxmayaraq ki, Azərbaycanın əsas hədəfi COP29-dan faydalanmaqla bütövlükdə Cənubi Qafqaz və qonşu regionların sıx əməkdaşlığına, ümumi inkişafına nail olmaqdır. Azərbaycan hər zaman bəyan edib ki, qlobal problemlərin həlli yanlız beynəlxalq aləmin həmrəyliyi və birliyi nəticəsində mümkündür. Ona görə də Azərbaycan COVİD19 pandemiyası zamanı olduğu kimi qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə də bu prinsipə üstünlük verir. Lakin təəssüflər olsun ki, qlobal iqlim dəyişikliklərinə qarşı mübarizəni özünün prioriteti hesab edən Avropa ölkələri bəyan etdikləri prinsiplərə qarşı çıxırlar. Qlobal problemlərdən də öz cılız maraqlarının təmin olunması naminə siyasi alət kimi istifadə edirlər. Müasir tarixdə əksər hallarda bəzi qüvvələr bu məqsədləri üçün hətta beynəlxalq və Avropa strukturlarını bir siyasi təzyiq vasitəsi kimi seçirlər. Fransa və digər anti-Azərbaycan qüvvələrin Avropa Parlamentindən qlobal problemin həllinə töhfə verməyə çalışan ölkəmizə qarşı məkirli oyunlarını reallaşdırmaq istiqamətində siyasi təzyiq aləti kimi istifadə etməyə cəhdi də bunun bariz nümunəsidir.
Avropa Parlamentinin oktyabrın 24-də Azərbaycanla bağlı qəbul etdiyi kağız parçasında ölkəmizə qarşı saxta məlumatlara əsaslanan faktlar, absurd iddialar, ittihamlar, təhdid və tələblər bunun əyani sübutudur. Bəzi Qərb ölkələrinin belə bir mövqe sərgiləməsi Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə açıq şəkildə hörmətsizlik, daxili işlərinə müdaxiləyə cəhdi olmaqla yanaşı, bölgədə yenidən müharibənin alovlandırılmasına və bununla da qlobal iqlim dəyişkiliyi ilə bağlı effektiv mübarizənin qarşısını almağa yönəlib. Bu qüvvələrin son 30 ildə Azərbaycana qarşı sərgilədiyi mövqe hamıya bəllidir. Həmin qüvvələr Azərbaycanın ən çətin dövrlərində belə öz məkrli niyyətlərini diqtə edə bilmədilərsə, son illərdə davamlı uğurlara, qələbələrə imza atan ölkəmizə qarşı cəhdləri də nəticə verməyəcək. Azərbaycan belə çirkin oyunlaırn olacağını gözləyirdi və bu oyunları iflasa uğratmağa da hazırdır. Cənab Prezident İlham Əliyevin liderliyi altında bu qüvvələrin bütün çirkin, məkrli oyunları məğlubiyyətə uğradıldığı kimi bundan sonra da iflasa uğradılacaq. Azərbaycan qarşısına qoyduğu hədəflərə nail olub yeni uğurlara imza atacaq. Sonunda uduzan tərəf indiyədək olduğu kimi yenə onlar və bir də dəstəklədikləri Ermənistan olacaq. Bir də bu qüvvələr Gürcüstandakı son seçkilərdən nəticə çıxarsalar daha yaxşı olar".
Alim Hüseynli