“Rusiyada imperialist düşüncəsində olan insanların sayı artır”
14 Oktyabr 2013 17:48 Siyasət"Rusiyada baş vermiş millətlərarası ixtişaşların tam milli zəmində baş verdiyini güman etmirəm". Belə bir açıqlama ilə çıxış edən Azərbaycan Milli İstiqlal Partiyası Mərkəzi Şurasının üzvü Əli Oruclu "OLAYLAR"-a deyib ki, burada məişət məsələlərinin olması da mümkündür: "Lakin heç kəsə sirr deyil ki, Rusiyada millətçilik və imperialist düşüncəsində olan insanların sayı durmadan artır. Eyni zamanda bu ideya ilə silahlandırılmış qüvvənin fəallığı da yüksələn tempdədəir. Bu isə təkə azərbaycanlıları, qafqazlıları deyil, bütünlükdə qeyri-rus, qeyri-slavyan kökənli millətlərin təhlükəsizliyini ciddi təhdid edir". Əli Oruclu Rusiyada baş verən son olayların müstəqilliyimizə qarşı təhlükə yaratdığını da istisna etmir: "Məni bir vətəndaş olaraq narahat edən odur ki, Rusiyada imperialist və millətçi-şovinist əhval-ruhiyyəsinin artması Azərbaycanın bir dövlət olaraq müstəqilliyinə də qorxu yaradır".