Xaricdəki azərbaycanlılar İlham Əliyevi dəstəklədilər
Okytabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərində İlham Əliyevə dəstək nümayiş etdirib
3 Oktyabr 2013 19:25 SiyasətKanada Azərbaycan Tədqiqatları İnstitutu Azərbaycanda keçirilən prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanatla çıxış edib. Bəyanatda Azərbaycanın və azərbaycanlıların son 10 ildə keçdiyi inkişaf yolu göstərilir. Azərbaycanın dünyanın enerji bazarında önəmli təşəbbüskar kimi nüfuz qazanması, sivilizasiyalararası dialoq məkanı kimi tanınması beynəlxalq aləmdə olan nüfuzunun göstəricisi kimi qiymətləndirilir. İsveçdəki Azərbaycan diasporu adından bəyanatla çıxış edən İsveç Azərbaycanlıları Konqresi okytabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərində İlham Əliyevə dəstək nümayiş etdirib. İlham Əliyevin Azərbaycanın inkişafı naminə yürütdüyü daxili və xarici siyasəti, eləcə də ölkənin ərazi bütövlüyünün təmin olunması istiqamətində göstərdiyi səyləri təqdir edən və dəstəkləyən bəyanat Avropa və dünya azərbaycanlılarına ünvanlanıb: "Azərbaycan bu gün bölgədə və dünyada etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə imicinə malikdir. Azərbaycan Qərbə tamamilə açıqdır və Avropanın enerji təhlükəsizliyində mürəkkəb geosiyasi mühitdə aparıcı rol oynayır. Bu uğurları bizlər - Avropada yaşayan azərbaycanlılar daha aydın görür və anlayırıq".