“Sərkisyanı 6 aya devirəcəklər” - Cümşüd Nuriyev

“Ermənistanın cəzalandırılması üçün ətraf rayonların Azərbaycana qaytarılması gündəmə gələcək”

"Ermənistanın Avropa İttifaqı ilə əlaqələrini humanitar sahələr üzrə inkişaf etdirməsinə razılıq verməsi Rusiyanı çətin vəziyyətdə qoyur. Sərkisyanın Strasburqdakı sərsəm bəyanatlarının arxasından erməni müxalifəti prezidentin qumarda 70 milyon avro uduzduğunu gündəmə gətirdi" - politoloq Cümşüd Nuriyev "OLAYLAR"a açıqlamasında belə deyib. C.Nuriyev bildirdi ki, müxalifət Sərkisyanın qumarbaz olduğunu dedi. Sərkisyan onu Strasburqa gedəndən sonra yox, çoxdan uduzmuşdu, gizli saxlanılırdı: "Rusiya bir növ Sərkisyanı cəzalandırmaq üçün Ermənistan müxalifətinə həmin informasiyanı ötürdü. Çünki keçmiş Sovet ölkələrində insanların qumara qarşı münasibətləri bir qədər fərqlidir. Bu da Sərkisyanın Strasburqdakı çıxışını zərərsizləşdirmək üçün Rusiya tərəfindən gündəmə salınmış məsələdir. İrəvan Ermənistanın Avropa İttifaqı ilə əlaqələrinin inkişaf etdirilməsinə dair məsələni uzun müddətə gündəmdə saxlasa Sərkisyan 6 aya devriləcək. Azərbaycanda aldığı torpaqlar hesabına Ermənistan adlı dövlət yaradan Rusiya planlarının bir santexnik tərəfindən pozulmasına imkan verməyəcək. Əgər hakimiyyət Kremlə arxa çevriməyi davam etdirsə, Ermənistanda vəziyyət qarışacaq. Bunu indidən proqnozlaşdırmaq mümkündür. Vəziyyət bu cür davam etsə Dağlıq Qarabağ münaqişəsinin həlli sürətlənəcək. Ən azından Ermənistanın cəzalandırılması üçün ətraf rayonların Azərbaycana qaytarılması gündəmə gələcək. Rusiya bütün hallarda Ermənistanı cəzalandırmalıdır. Ermənistanı gözləmədiyi yerdən vurmaq Qarabağ münaqişəsini ermənilərin istəmədiyi kimi həll etməkdir. Onun istəmədiyi kimi olanda Azərbaycanın istədiyi kimi olur". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00