MSK Cəmil Həsənlinin müraciətini rədd etdi

Cəmil Həsənli müraciət edərək ölümlə hədələndiyi, şərəf və ləyaqətinin təhqir olunması şikayəti ilə müraciət etmişdi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. ANS PRESS-in məlumatına görə, iclasın gündəliyinə 7 məsələ daxil edilib."Ədalət" Partiyası tərəfindən 7 nəfər vəkil kimi qeydə alınıb. MSK-nın iclasında "Ümid" partiyası tərəfindən vəkil edilmiş Mehriban Vəli qızı Zeynalovanın qeydiyyatı ləğv edilib.
 Daha sonra iclasda MSK-ya daxil olan müraciətlərə baxılıb. MSK üzvü Arifə Muxtarova bildirib ki, Cəmil Həsənli MSK-ya müraciət edib. Lakin vaxtı ötdüyünə görə, müraciət geri qaytarılıb. Daha sonra iclasda bildirilib ki, Cəmil Həsənli MSK-ya müraciət edərək ölümlə hədələndiyi, şərəf və ləyaqətinin təhqir olunması şikayəti ilə müraciət edib. Lakin MSK araşdırma apararaq müəyyən edib ki, İctimai Televiziyanın "Xalq seçir" adlı verilişində heç bir ölümlə hədələ faktı olmayıb. C.Həsənli Hafiz Hacıyevin qeydiyyatının ləğvini istəyib. MSK üzvünün bildirdiyinə görə, bununla bağlı məhkəmənin müvafiq qərarı olmalıdır. Bu olmadan H. Hacıyevin qeydiyyatı ləğv oluna bilməz. Həmçinin müraciət əsasında aparıcının da heç bir qanunsuz hərəkətə yol vermədiyi aşkarlanıb.
Sonda MSK-nın müraciət əsasında araşdırma apararaq şikayətin rədd edilməsi qərarı verilib.
Xatırladaq ki, Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək. Prezident seçkiləri hər 5 ildən bir keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00